Nazirin arvadına təntənəli doğum günü keçirməsi hiddətlə qarşılandı

Gündəm / Dünya

113

Nazirin arvadına təntənəli doğum günü keçirməsi hiddətlə qarşılandı
Israil mediası Səhiyyə naziri Yuli Edelşteynin evində onlarla qonağın iştirakıyla keçirilmiş bir ziyafəti müzakirə edir.

Xəbərdə deyilir ki, şənlik nazirin həyat yoldaşı İrina Nevzlinanın doğum günü münasibətilə təşkil olunub.

Səhiyyə nazirinin evindəki ziyafət barədə ilk reportaj yayanlardan biri - “Kan-11» televiziya kanalı şənliyin məhz Yuli Edelşteynin kütləvi tədbirlərin 20 nəfərlə məhdudlaşdırılmalı olduğunu elan etdiyi gün keçirildiyini vurğulayıb. Kanalın məlumatına görə, doğum gününə təxminən 50 nəfər dəvət olunub.
Nazirin arvadına təntənəli doğum günü keçirməsi hiddətlə qarşılandı
“Kipa” nəşri isə yazır ki, qonaqlardan foto və videoları sosial şəbəkələrdə paylaşmamaları istənilib və onlardan ziyafət barədə məlumat yaymamaq haqda imzalı zəmanət də alınıb.

Conflict.az