Rusiya analoqu olmayan silahını orduya təslim edir

Gündəm / Dünya

44

Rusiya analoqu olmayan silahını orduya təslim edir
Rusiyanın “S-500 Prometey” zenit-raket kompleksi növbəti illərdə ordu arsenalına daxil ediləcək.

Bu barədə general Sergey Babakov açıqlama yayıb.

“Kraznaya Zvezda” qəzetinə danışan general bildirib ki, S-500 sistemlərinin əsas vəzifəsi orta mənzilli ballistik raketlərlə yanaşı, lazım gəldikdə qitələrarası ballistik raketləri məhv etməkdir. Sistem hipersəs hava vasitələri, təyyarə və pilotsuz uçuş aparatlarını da məhv etmək qabiliyyətinə sahibdir.

Babakov S-500 sisteminin dünyada analoqunun olmadığını da vurğulayıb: “Sistemin xüsusiyyətləri aerodinamik və balisstik hədəflərə əlavə olaraq yaxın məkan da daxil olmaq üzrə bütün modifikasiyaların hipersəs silahlarını yox etməyi bacarır”.

Conflict.az