Sizin reklam burada
Sizin reklam burada

Virus bu yolla da ötürülə bilər

Virus bu yolla da ötürülə bilər
32 ölkədən 240-a yaxın alim Ümumdünya Səhiyyə Təşkilatından infeksiyanın havadakı ən kiçik hissəciklər vasitəsi ilə ötürülməsinin koronavirusun yayılmasında əhəmiyyətli amil olduğunu qəbul etmələrini xahiş edib.

ÜST hesab edir ki, koronavirus ilk növbədə yoluxmuş insanın tənəffüs yollarından, həmçinin öskürək və ünsiyyət yolu ilə havaya atılan böyük damcılar vasitəsilə yayılır. Bu şəkildə virus səthə nüfuz edir.

Xarici mətbuat xəbər verir ki, 239 alimin fikrincə, dəlillər virusun qapalı havada olan ən kiçik hissəciklər vasitəsi ilə yayıla biləcəyini göstərir.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) dünənə olan məlumatına görə, dünyada koronavirus infeksiyasına yoluxmaların sayı 11 milyonu keçib, 528 mindən çox insan xəstəliyin qurbanı olub.

Conflict.az

  • Sosial şəbəkədə paylaş