Sizin reklam burada
Sizin reklam burada

İndi də “denq qızdırması”

İndi də  “denq qızdırması”
Planetin koronavirus pandemiyası ilə mübarizə apardığı bir zamanda Sinqapurda yeni epidemiya ortaya çıxıb.

Asiya ölkəsini “denq qızdırması” cənginə alıb.

Ölkənin rəsmi mənbələri ilin əvvəlindən indiyədək 14 mindən çox insanın bu xəstəliyə yoluxduğunu bildirir.

Məlumata görə, builki yoluxma sayı 22 mini ötəcək. İndiyə qədər 16 nəfər “denq qızdırması”ndan ölüb.

Tibb ekspertləri iddia edir ki, “denq qızdırması”nın bu qədər geniş tüğyan etməsinin səbəbi koronavirus pandemiyası ilə bağlı qəbul edilən tədbirlərdir. Lakin bununla bağlı hələ ki, konrekt dəlil, araşdırma yoxdur.

Conflict.az

  • Sosial şəbəkədə paylaş