Virusa yoluxanlar bu halda həbs ediləcək

Gündəm / Cəmiyyət

188

Virusa yoluxanlar bu halda həbs ediləcək
Yoluxmuş şəxslərin və onlarla təmasda olanların evi tərk etməsi diqqət olunması vacib mövzudur. Biz epidemiologiya strukturu tərəfindən birgə çalışıb, yoluxmuş şəxslərlə təmasda olanların müəyyən edirik.

Bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Operativ Qərargahın bugünkü brifinqində deyib.

O bildirib ki, evdə müalicə olunan şəxslərə xüsusi iltizamnamə imzaladılır: "Bu şəxslər evi tərk etdiyi halda inzibati məsuliyyətə cəlb olunur".

O qeyd edib ki, yoluxma sürətinə təsir edən əsas amil xəstəliyi aşkar olunmayandır: "Evdə müalicə olunan şəxslərə mütəmadi olaraq suallar ünvanlanır və onlar nəzarətdədirlər. Bununla yanaşı, evdə müalicə alanların evi tərk etməməsinə müvafiq güc strukturları nəzarət edir".

Prezidentin köməkçisi Şahmar Mövsümov əlavə edib ki, evdə müalicə olunan şəxslərə özlərini təcrid etmək öhdəlikləri olduğu və əks halda, cinayət məsuliyyətinə cəlb olunacaqları barədə məlumat verilir: "Artıq bir neçə hal müəyyən edilib və bu öhdəliyi yerinə yetirməyənlər cinayət məsuliyyətinə cəlb olunub".

Conflict.az