Bu gün 583 nəfər virusa yoluxdu, 7 nəfər öldü

Gündəm / Cəmiyyət

178

Bu gün 583 nəfər virusa yoluxdu, 7 nəfər öldü
Bu gün 583 yoluxma faktı qeydə alınıb, 7 nəfər dünyasını dəyişib.

Bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Operativ Qərargahın bugünkü brifinqində deyib.

"Hazırkı dövrə qədər 19 267 yoluxma faktı qeydə alınıb. Dünyasını dəyişənlərin sayı 235 nəfərə çatıb. Bu günə qədər 10 820 nəfər sağalaraq evə buraxılıb.

Bu gün 7 137 test aparılıb və ümumi test sayı 502 965-ə çatıb. Hazırda 8212 nəfər aktiv xəstə xüsusi xəstəxanalarda müalicə alır, onlardan 267 nəfər reanimasiyada, 59 nəfər suni nəfəs aparatına qoşulub", - o bildirib.

Conflict.az