Ağciyər Xəstəlikləri İnstitutunun sabiq direktoru da koronavirusdan öldü

Gündəm / Hadisə

302

Ağciyər Xəstəlikləri İnstitutunun sabiq direktoru da koronavirusdan öldü
Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun sabiq direktoru Faiq Ağayev ötən gün koronavirusdan vəfat edib.

70 yaşlı bronxoloq ATU-nun Tədris-Cərrahiyyə Klinikasında müalicə alsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Mərhum institutda həkim kimi fəaliyyətini davam etdirirdi.

İnstitutdan virtualaz.org-a həkimin ölüm xəbərini təsdiqləyiblər.

Qeyd edək ki, F.Ağayevlə birgə institutun daha bir neçə əməkdaşı infeksiyaya yoluxub. “Məsələ ilə bağlı yalnız TƏBİB açıqlama verə bilər”,-institutdan əlavə ediblər.

TƏBİB-dən isə suala cavab verməyiblər.

Conflict.az