Milyarder peyvəndin hazırlanmasına yardım edəcək

Gündəm / Səhiyyə

153

Milyarder peyvəndin hazırlanmasına yardım edəcək
Amerikalı milyarder, SpaceX və Tesla şirkətlərinin sahibi İlon Mask koronavirusa qarşı vaksin istehsal edən Almaniyanın “CureVac” şirkəti ilə əməkdaşlıq etməyə başlayıb.

Bu barədə tvitterdə məlumat verib.

“Kənar layihə kimi Tesla “CureVac” üçün RNK-mikrozavodovların tikintisiylə məşğul olur”.

Alman alimləri iyun ayında peyvəndləri artıq insanlar üzərində sınaqdan keçirməyə başlayıb. İlk nəticələr uğur vəd edir - potensial peyvəndin kiçik dozası insanlarda sabit immunitet meydana gətirir. Şirkət araşdırmaların davam etdirilməsi üçün hökümətdən 300 milyon avro yardım aldıqlarını təsdiqləyib.

“RNA texnologiyası bədənin təbii müdafiə mexanizmini aktivləşdirməyə imkan verir. Bunun üçün təbii mənşəli RNT-dən istifadə edirik, zülalların qurulması ilə əlaqədar bədənə sanki “təlimat” verir” , - şirkətdən verilən açıqlamada deyilir.

Britaniyada da koronavirusa qarşı peyvənd hazırlanması üzərində elmi araşdırmalar aparılır, Oksforddan olan elm adamları bildirib ki, vaksin təbii şəkildə meydana gələn immunitetdən üçqat güclü immunitet meydana gətirir.

Conflict.az