İrəvanda çevriliş hazırlanır

Gündəm / Siyasət / Dünya

158

İrəvanda çevriliş hazırlanır
Ermənistanın antirusiya əhvalının güclənməsi Rusiyanı ciddi addımlara məcbur edir.

Bu məlumatı "İrates" qəzeti yayıb.

"Rusiya bu günlərdə Ermənistan müxalifəti ilə bir neçə istiqamətdə intensiv iş aparmağa başlayıb. Rusiya məşhur siyasi qüvvələrlə bərabər, elə də tanınmayan güclərlə də əlaqədədir. Rusiya çalışır ki, taktikasını dəyişsin. Əgər əvvəllər Rusiya elitası fərqli kanallarla Ermənistanın siyasi hakimiyyəti ilə danışmağa cəhd edirdisə, indi "balta" siyasətinə - bütün mümkün əlaqələri qırıb, situasiyanı öz təsir dairələri ilə birgə düzəltmək cəhdlərinə keçib.

Paralel olaraq Ermənistanda qərbyönlü qüvvələr öz fəaliyyətlərinin pik səviyyəsinə çatıblar və onların əsas hədəfi Rusiya ilə bağlı olan hər şeyi məhv etməkdir. Bu, adətən hakimiyyətin səssiz razılığı əsasında həyata keçirilir ki, rusları narahat edən də budur", – deyə o bildirib.

Conflict.az