Virusa yoluxanlara pul verdilər - ABŞ-da

Gündəm / Dünya

185

Virusa yoluxanlara pul verdilər - ABŞ-da
ABŞ-ın Alabama ştatında qəribə “party” təşkil edilib.

“HaberGlobal”ln məlumatına görə, bir qrup gənc koronavirus testi müsbət çıxan şəxsi qonaqlığa çağırıblar və ilk virusa yoluxana pul mükafatı verməyi planlaşdırıblar.

Qonaqlıqdan sonra bütün iştirakçılar koronavirusa görə test verib. Test nəticəsi müsbət çıxan şəxsə (şəxslərə) digər iştirakçıların yığdığı pul təqdim olunub.

Məlum olub ki, bu tip qonaqlıqlar əyalətdə dəfələrlə keçirilib.

Alabama ştatında ümumilikdə 39 minə yaxın şəxsin koronavirusa yoluxduğu bildirilir.

Conflict.az