Avropadan tarixi etiraf

Gündəm / Siyasət / Dünya

158

Avropadan tarixi etiraf
"Avropa tarixinin ən çətin vəziyyətini yaşayır".

Bunu Almaniyanın kansleri Angela Merkel deyib. Onun sözlərinə görə, bu çətinliyin səbəbi isə dünyanı cənginə alan COVİD-19-dur. Merkel bu çətinlikləri iqtisadi göstəricilərin də sübut etdiyini deyib.
Onun sözlərinə görə, koronavirus yoxa çıxmayıb. Sadəcə indi onunla daha yaxşı yaşamağı öyrənirik.

Merkel iyul ayında Brüsseldə keçiirləcək Avropa Birliyi liderlərinin zirvəsində qurumun büdcəsi və xilas fondu ilə bağlı razılaşma istəklərini çatdıracağını qeyd edib. "Bu yay razılaşmanın əldə edilməsi labüddür. Başqa bir seçim düşünə bilmirəm".

Conflict.az