Sabahdan Bakı metrosu bağlanır

Gündəm / Cəmiyyət

151

Sabahdan Bakı metrosu bağlanır
Sabahdan Bakı metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılır.

"BakuPost"un məlumatına görə, bu məhdudiyyət xüsusi karantin rejimi 2020-ci il 5 iyul saat 06:00-dan 20 iyul saat 06:00-dək uzadılması qərarı çərcivəsində tədbiq ediləcək.

Bundan başqa xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlarda sabahdan ictimai nəqliyyat da fəaliyyət göstərməyəcək. Məhdudiyyət karantin bitənə kimi həftəsonlarında - yəni aşağıdakı tarixlərdə davam edəcək.

4 iyul saat 00:00-dan 6 iyul saat 06:00-dək;

11 iyul saat 00:00-dan 13 iyul saat 06:00-dək;

18 iyul 00:00-dan 20 iyul saat 06:00-dək.

Xatırladaq ki, COVID-19 virusunun yayılma sürətinin azaldılması, eləcə də onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları daxil olmaqla, Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron rayonunda xüsusi karantin rejimi iyulun 20-dək davam edəcək.

Conflict.az