"ABŞ qazdığı tələyə özü düşdü"

Gündəm / Siyasət / Dünya

139

"ABŞ qazdığı tələyə özü düşdü"
ABŞ-dakı etirazlar “rəngli inqilablar” düsturu ilə bağlıdır.

Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

O bildirib ki, artıq bu düsturu Vaşinqton özünə tətbiq edir:

“Biz onların dünyadakı “rəngli inqilab” düsturuna bələdik. Hazırda sizə elə gəlmirmi ki, bütün dünya ölkələrində sınaqdan keçirdikləri rəngli inqilabları, texnologiyanı özlərinə tətbiq edirlər?”

Qeyd edək ki, ABŞ-da afroamerikalı Corc Floydun öldürülməsindən sonra güclü etirazlar başlamış, ardınca qarşıdurmaya çevrilmişdi.

Conflict.az