Baş redaktor edam olunacaq

Gündəm / Dünya

110

Baş redaktor edam olunacaq
İranda “Amad Nyus” portalının rəhbəri Ruhulla Zam edam cəzasına məhkum edilib.

Bunu İran məhkəmə hakimiyyətinin rəsmi nümayəndəsi Qulamhüseyn İsmaili deyib. O, Zamın xarici kəşfiyyatdan yardım aldığını bildirib.

İsmaili bu qərarın son olmadığını, müttəhimin ondan şikayət vermək imkanının qaldığını söyləyib.

Qeyd edək ki, SEPAH 2019-cu ildə Zamı saxlamışdı. Zamın 2017-ci ilin dekabrı və 2018-ci ilin yanvarındakı etiraz aksiyalarını geniş işıqlandırdığı üçün həbs edildiyi bildirilmişdi. Onun Fransa kəşfiyyatıyla əməkdaşlıq etdiyi, ABŞ və İsrail kəşfiyyatlarından da dəstək aldığı vurğulanmışdı.

Zam uzun illər Parisdə mühacirətdə yaşayıb.

Conflict.az