Atambayev xəstəxanaya yerləşdirildi

Gündəm / Siyasət

82

Atambayev xəstəxanaya yerləşdirildi
Qırğızıstanın sabiq Prezidenti Almazbek Atambayev xəstəxanaya yerləşdirilib.

Bu barədə “RİA Novosti” Qırğızıstan Dövlət Milli Təhlükəsizlik Komitəsinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Bildirilib ki, 29 iyun tarixində A. Atambayev özünü pis hiss edib. Daha sonra sabiq Prezidentdən koronavirus testi götürülüb, onun testinin nəticəsi neqativ olub.

Bundan sonra həmin gün həkimlər onlayn-konsilium keçiriblər və sabiq Prezidentə ikitərəfli pnevmoniya diaqnozu qoyulub.

Bununla əlaqədar A. Atambayevin xəstəxanaya yerləşdirilməsi haqda müvafiq qərar qəbul edilib.

Qeyd edək ki, iyunun 23-də A. Atambayev Bişkekin 1 May Rayon Məhkəməsinin hökmü ilə 11 il 2 ay müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, A. Atambayev ötən ilin avqust ayında həbs edilib. Sabiq prezidentə qarşı Qırğızıstanda vəzifə səlahiyyətlərindən sui-istifadə və korrupsiya da daxil olmaqla, bir neçə maddə üzrə ittiham irəli sürülüb.

Conflict.az