Pandemiya dövründə işsizlərin sayı, varlıların isə qazancı artıb

Gündəm / Dünya

63

Pandemiya dövründə işsizlərin sayı, varlıların isə qazancı artıb
Yeni növ koronavirus infeksiyasının ən geniş yayıldığı ABŞ-da epidemiya səbəbindən xalqın böyük əksəriyyəti iqtisadi çətinliklərlə üzləşdiyi halda, imkanlı şəxslər bu müddətdə sərvətlərini artırıblar.

“Anadolu” agentliyi xəbər verir ki, ABŞ-da koronavirusa görə 45 milyon insan işsiz qalıb, eyni dövrdə ölkədə yaşayan milyarderlər 584 milyard dollar qazanıb.

Birləşmiş Ştatlarda 614 milyarder qeyd olunan məbləği martın 18-dən iyunun 17-dək olan zaman kəsiyində əldə ediblər.

Conflict.az