Nazirlər Kabinetinə yeni səlahiyyət verildi

Gündəm / Siyasət

54

Nazirlər Kabinetinə yeni səlahiyyət verildi
Baytarlıq xidməti və nəzarəti tədbirlərinə (“Dövlət rüsumu haqqında”qanununda nəzərdə tutulmuş tədbirlər istisna olmaqla) görə alınan xidmət haqqının məbləği Nazirlər Kabineti tərəfindən müəyyən ediləcək.

Nazirlər Kabineti bununla bağlı “Dövlət baytarlıq nəzarəti vacib olan obyektlərin mülkiyyətçilərinin vəsaiti hesabına qanunla müəyyən edilmiş tədbirlərin maliyyələşdirilməsinin qaydası və şərtləri”ndə dəyişiklik edib.

Qüvvədə olan qaydaya əsasən, baytarlıq xidmətlərinin göstərilməsinə görə alınan məbləğin miqdarını Tarif Şurası müəyyən edib.

Conflict.az