Metropolitenin daha bir vəzifəli şəxsi vəfat etdi

Gündəm / Hadisə

227

Metropolitenin daha bir vəzifəli şəxsi vəfat etdi
"Bakı Metropoliteni" QSC-nin “Xalqlar Dostluğu” stansiyasının rəisi İlqar Əliyev vəfat edib.

Bununla bağlı xəbəri "Report"a qurumun mətbuat katibi Bəxtiyar Məmmədov təsdiq edib.

İlkin məlumata görə, o, ürək tutmasından dünyasını dəyişib.

Xatırladaq ki, bir qədər əvvəl Bakı metrosunun Hərəkət xidmətinin rəisi Etibar İsayev də ürəktutmadan vəfat etmişdi.

Xəbəri ilk olaraq modern.az yayıb.

Conflict.az