Sizin reklam burada
Sizin reklam burada

“İcra başçılarına əhalinin münasibətinin mənfi olduğu təsbit edilib”

“İcra başçılarına əhalinin münasibətinin mənfi olduğu təsbit edilib”
"Dövlət institutlarına vətəndaşların münasibətini 2019-cu ildəki sənədlərimizdə obyektiv olaraq əks etdirmişik. Çox mümkündür ki, bəzi sənədlər tam ictimailəşməyib, burada heç bir tələb də yoxdur, əsas məsələ o yöndə işlərin gerçəkləşməsidir. Yalnız onu deyə bilərik ki, bizim sənədlərimizdə icra hakimiyyətlərinə əhalinin yarıdan çox hissəsinin münasibətinin mənfi olduğu təsbit edilib".

Bunu deputat, Sosial Tədqiqatlar Mərkəzinin sədri Zahid Oruc "Yeni Müsavat"a müsahibəsində deyib.

O qeyd edib ki, bu, özlüyündə dərin narahatlıq doğurmaqdaydı: "Bugünlərdə əsas siyasətin, eləcə ideoloji-siyasi işlərin quruculuğuna cavabdehlik daşıyan qüvvələrin fəaliyyətlərində dönüş etməyəcəkləri təqdirdə sərt addımların atılacağı şübhə doğurmurdu. Gördüyünüz kimi, artıq indi beş icra hakimiyyəti başçısının ən sərt qaydada cəzalandırılması, həbsə məruz qalması özlüyündə mühüm bir göstəricidir və təəssüf ki, mənfi siqnaldır. Belə halda, problemlərin xəritəsini müəyyənləşdirərək onun üzərindən sırf emosional hissi ovqatda deyil, elmi əsaslarla hər biri işi aparmaq təkcə problemi öz adı ilə çağırmaq deyil, təkliflər irəli sürmək və çıxış yollarını göstərmək sarıdan önəmlidir. Əlbəttə, dövlət təhlükəsizlik orqanlarında edilən kadr dəyişikliyi məlum qurumun imicinin cəmiyyətin nəzərində yüksək səviyyədə bərpasına kömək etdi, eləcə də yeni hakimiyyət quruculuğu, yeni elitanın formalaşması prosesinə ziyan vuran şəxslərin də cəzalandırılmasında vacib rol oyandı.".

Conflict.az

  • Sosial şəbəkədə paylaş