Sizin reklam burada
Sizin reklam burada

Yoluxmada yeni rekord

Yoluxmada yeni rekord
Pandemiya hələ də sürətlənməkdədir. Bunun bir səhiyyə böhranından daha çoxu olduğunu bilirik. Bu, eyni zamanda, iqtisadi, sosial və artıq bir çox ölkədə siyasi böhrandır.

Bu sözləri BMT yanında Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus deyib.

Dünya miqyasında gündəlik yoluxmalarda yeni rekordun qeydə alınması barədə danışan baş direktor pandemiyanın təsirlərinin on illərlə hiss ediləcəyini bildirib.

Qebreyesus dünyanın qarşılaşdığı ən böyük təhdidin virus deyil, qlobal birlik və lider əskikliyi olduğunu vurğulayıb: “Bölünmüş dünya ilə bu pandemiyanı məğlub edə bilmərik. Pandemiyanın siyasiləşdirilməsi onu şiddətləndirdi. Hamımız təhlükəsizlikdə olana qədər heç birimiz təhlükəsizlikdə deyilik”.

Qeyd edək ki, ÜST son 24 saat ərzində 183 min 20 yeni yoluxma faktı qeydə alıb.

Yoluxma sayındakı əvvəlki artım 18 iyunda olmuşdu – 181 min 232 nəfər.

Conflict.az

  • Sosial şəbəkədə paylaş