Sizin reklam burada
Sizin reklam burada

Milyonçu partiya sədrinin həbsinə qərar verildi

Milyonçu partiya sədrinin həbsinə qərar verildi
Ermənistan parlamenti Qaqik Sarukyanın barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə qərar qəbul edib.

Məlumatı “Aysor” yayıb.

***

Ermənistanın baş prokuroru Artur Davtyan Çiçəklənən Ermənistan Partiyasının sədri, parlamentdəki “Sarukyan” fraksiyasının lideri, milyonçu Qaqik Sarukyanın həbsi ilə bağlı vəsatət qaldırıb.

Məlumatı “Aysor” agentliyi yayıb.

“Araşdırmalar göstərir ki, Qaqik Sarukyan azadlıqda olduğu müddətdə istintaq tədbirlərinə mane ola, şahidlərə və cinayətə sövq etdiyi ehtimal olunan şəxslərə təsir göstərə bilər. Ona görə Qaqik Sarukyanın həsbi barədə vəsatət qaldırıram”, - A.Davtyan parlamentdəki çıxışında bildirib.

Qeyd edək ki, Ermənistan parlamenti iyunun 16-da Q.Sarukyanın deputat toxunulmazlığını ləğv edib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş