Erməni diasporu Bakıya qarşı çağırış etdi

Gündəm / Dünya / Video

611

Erməni diasporu Bakıya qarşı çağırış etdi
Amerika Erməniləri Milli Komitəsi ABŞ Senatının Xaric Əməliyyatlar Alt Komitəsinə müraciət edərək, Vaşinqtonun Ermənistan və Qarabağa yardımlarını genişləndirməyə çağırıb.

ANKA-nın dövlət məsələləri üzrə direktoru Tereza Yerimyan alt komitədə çıxış edərək, ABŞ-ın Ermənistanda koronavirusla mübarizədə mühüm rol oynaya biləcəyini deyib. Onun sözlərinə görə, Qarabağın minalardan təmizlənməsi üçün ABŞ-ın “Halo Trast” proqramının maliyyələşdirilməsi davam etdirilməlidir.

ANKA nümayəndəsi, həmçinin ABŞ-ın Ermənistana yardımı 90 milyon dollara yüksəltməyini istəyib.

O, ABŞ-ın Azərbaycana 100 milyon dollar həcmində hərbi yardım etməsindən narahat olduğunu bildirib. Yerimyan Vaşinqtonun ya Bakıya yardımı dayandırması, ya da iki ölkəyə yardımları bərabərləşdirməli olduğunu söyləyib.

Conflict.az