Bakıda koronovirusa yoluxma sayında 1-ci yerə bu rayon qalxdı

Gündəm / Cəmiyyət

60

Bakıda koronovirusa yoluxma sayında 1-ci yerə bu rayon qalxdı
Azərbaycanda COVID-19 infeksiyasına yoluxanların 49,5 faizi paytaxtın payına düşür. Bakıdakı rayonlar üzrə ümumi yoluxanlar arasında ən çox xəstə isə Sabunçu rayonundandır.

Əvvəllər bu göstəricidə Yasamal rayonu birinci yerdə olsa da, hazırda bu yerdə 12,8 faizlə Sabunçu rayonu sayanır.

İkinci yerdə 12,7 faizlə Yasamal, üçüncü yerdə 12 faizlə Binəqədi rayonu qərarlaşıb. Sonrakı yerlərdə 11,3 faizlə Xətai,11,2 faizlə Nəsimi, 9,6 faizlə Nərimanov, 9,1 faizlə Suraxanı, 6,9 faizlə Nizami, 6,8 faizlə Qaradağ, 4,5 faizlə Xəzər, 2,8 faizlə Səbail, 0,4 faizlə Pirallahıdır.

Son məlumata görə, ölkəmizdə koronavirusa yoluxanların ümumi sayı 7876, sağalanlar 4377, aktiv xəstə sayı 3406-dır. COVİD-19 qurbanlarının sayı 93 nəfər çatıb. Ümumilikdə indiyədək ölkədə COVİD-19-la bağlı 343 391 test aparılıb.

Conflict.az