Evlərdən yaşlı insanların çürümüş cəsədləri tapılır

Gündəm / Dünya

99

Evlərdən yaşlı insanların çürümüş cəsədləri tapılır
Böyük Britaniyada koronavirus pandemiyası nəticəsində yüzlərlə yaşlı insan evlərində təkbaşına ölürlər.

“The Guardian” məlumat verir ki, onların bəzilərinin meyiti iki həftə sonra tapılır.

Son üç ayda 700 yaşlının evində təkbaşına öldüyü bildirilir.

Qonşuları və ya yaxınları onlardan xəbər tuta bilmədikdən və bu barədə polisə məlumat verdikdən sonra onların çürümüş cəsədi aşkara çıxarılıb.

Statistikaya görə, Böyük Britaniyada 65 yaşdan yuxarı 12 miyona yaxın insan var. 2030-cu ilə qədər ölkədə hər beş insanın birinin 65 yaşdan yuxarı şəxs olacağı qeyd edilir.

Britaniya koronavirusdan ölüm sayına görə, Avropada birinci, dünyada isə ABŞ-dan sonra ikincidir.

Conflict.az