Sizin reklam burada
Sizin reklam burada

Pandemiya xəbərdarlığı: 7-cisi də gələ bilər

Pandemiya xəbərdarlığı: 7-cisi də gələ bilər
Son 20 ildə biz 6 ciddi infeksiya hücumuna məruz qalmışıq: SARS, MERS, Ebola, quş qripi, donuz qripi və koronavirus. Beş güllədən yayındıq, altınıcısı tutdu. Amma bu, sonuncu deyil.

Bu sözləri Liverpul Universitetinin professoru Metyu Beylis deyib.

Qeyd edək ki, Liverpul Universitetinin alimləri yeni infeksiyaların yayılma nümunələrinin tanınmasına əsaslanan fərqli üsul tətbiq ediblər.

Məlum olub ki, insanlar infeksiyaya vəhşi təbiətdən yoluxur, daha sonra xəstəlik meşə yanğını kimi sürətlə yayılır.

Alimlərin fikrincə, vəhşi təbiətə fasiləsiz hücum COVİD-19 kimi müxtəlif pandemiyaların yayılması riskini artırıb.

Xatırladaq ki, koronavirus infeksiyasının ötən ilin sonunda Çinin Uhan şəhərində vəhşi heyvanların satıldığı bazardan yayıldığı ehtimal olunur.

Conflict.az

  • Sosial şəbəkədə paylaş