Koronavirusu ləngidən səbəb tapıldı

Gündəm / Səhiyyə

61

Koronavirusu ləngidən səbəb tapıldı
Amerikalı alimlər havanın temperaturunun dünyanı cənginə alan koronavirusun yayılmasına təsirini müəyyən ediblər.

Tədqiqatçılar yanvardan başlayaraq aprel ayı ərzində ABŞ-dakı yoluxma halları və bu rəqəmlərlə havanın temperaturu, yağışlar, ultrabənövşəyi şüalar arasındakı əlaqəni öyrəniblər.

"Science Daily"nin məlumatına görə, havanın hərarətinin 11 dərəcə yüksəlməsi həqiqətən də yoluxmaların azalmasına yol açıb. Lakin 11 dərəcədən yüksək artım ilə azalma arasında əlaqə olmadığı müəyyən edilib.
Bununla da soyuq havada yoluxmanın isti ilə müqayisədə daha çox olduğuna diqqət çəkilib. Bununla yanaşı nəm və yağışın da virusun yayılmasında hər hansı təsirə malik olmadığı üzə çıxıb.

Araşdırma qrupunda yer alan Shiv T. Sehranın sözlərinə görə, əldə edilən məlumatlara əsaslanaraq virusun yayılmasının yay aylarında tamamilə dayanacağını gözləmək olmaz.

Conflict.az