“Karantindən tam imtina səhv idi”

Gündəm / Dünya

62

“Karantindən tam imtina səhv idi”
İsveçin baş epidemioloqu COVİD-19-a qarşı təklif etdiyi mübarizə metodunun səhv olmasını etiraf edib.

Xarici KİV xəbər verir ki, Anders Teqnel zamanı geri qaytarmaq olsaydı, ölkəsinin karantin rejimindən tam imtina etməyəcəyini söyləyib.

“Əgər koronavirus haqqında bu gün əlimizdə olan bilgiləri virus yayılan günlərdə bilsəydik, İsveç pandemiya ilə mübarizə üçün bütün dünyanın atdığı addımlardan nümunə göstərərdi”.

İsveç Avropa Birliyi ölkələri arasında karantin rejimi tətbiq etməyə yeganə ölkə olub. Ölkədə 50 nəfərədən çox toplaşmaq qadağan olunsa da, restoranlar, mağazalar, məktəblər və s. açıq idi. İsveçdə bu günə qədər 38 589 yoluxma, 4 468 ölüm faktı qeydə alınıb.

Conflict.az