“Fəxri adların verilməsində ədalətsizlik olub”

Gündəm / Cəmiyyət

53

 “Fəxri adların verilməsində ədalətsizlik olub”
“Mədəniyyət Nazirliyində aşkarlanan korrupsiya faktları ilə bağlı əvvəllər dəfələrlə deyilib və yazılıb. Hətta Milli Məclisdə bu sahədəki müxtəlif problemlərlə bağlı çıxışlar da olub. Lakin heç kim bilməzdi ki, nazirlik bu dərəcədə korrupsiyaya uğramış olar”.

Bu fikirləri Milli Məclisin Mədəniyyət komitəsinin üzvü Aqil Abbas Baku TV-yə müsahibəsi zamanı bildirib.

Millət vəkili deyib ki, Mədəniyyət naziri postuna yeni təyin olunacaq şəxsin görəcəyi işlər çoxdur.

Deputat həmçinin qeyd edib ki, “Xalq artisti” hər adamın layiq görüləcəyi, veriləcəyi fəxri ad deyil: “Heç olmasa, bundan sonra bu məsələlərə həssas yanaşılmalıdır ki, layiqli şəxslər fəxri ad ala bilsin. Əsas nəzərə alınmalı məqam isə ad veriləcək şəxsin göstərdiyi xidmət və Azərbaycan mədəniyyətini hansı səviyyədə təmsil etməsidir”.

Conflict.az