Başına 1 milyon lirə qoyulmuş terrorçu ələ keçdi

Gündəm / Hadisə

114

Başına 1 milyon lirə qoyulmuş terrorçu ələ keçdi
Türkiyə Daxili İşlər Nazirliyi daxili təhlükəsizlik əməliyyatları çərçivəsində Tunceli bölgəsinin Ovacık kəndində TKP/ML-TIKKO (Türkiyə Kommunist Partiyası/Marksist-leninçi) terror təşkilatının üzvü, adı "narıncı siyahı"da yer alan Hasan Ataşı zərərsizləşdirib.

"Anadolu" Agentliyi xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Bildirilib ki, "Şerzan" kod adı altında fəaliyyət göstərən Hasan Ataşın üzərindən kalaşnikov tüfəngi və 2 əl qumbarası götürülüb.

Türkiyə dövlət qurumları onun tutulması üçün 1 milyon lirə pul mükafatı vəd etmişdilər.

Hazırda bölgədə əməliyyatlar davam etdirilir.

Conflict.az