ABŞ 8 trilyon zərər görəcək

Gündəm / İqtisadiyyat

108

ABŞ 8 trilyon zərər görəcək
ABŞ-da hər gün koronavirus epidemiyası daha geniş vüsət alır. Bu amil isə ölkə iqtisadiyyatına böyük zərər vurur.

Bu barədə Konqresin Büdcə Ofisi hesabat yayıb.

Hesabata əsasən, ABŞ iqtisadiyyatına təxminən 8 trilyon dollar zərər dəyəcək.

Bu barədə danışan Büdcə Ofisinin direktoru Filip Şveqey bunları söyləyib:

"İş yerlərinin bağlanması və sosial məsafə tədbirlərinin istehlakçı xərclərini azaldacağını gözləyirik. ABŞ-ın enerji sektoruna qoyulan sərmayə ciddi şəkildə azalacaq".

Conflict.az