Mis virusu dörd saata məhv edir

Gündəm / Səhiyyə

53

Mis virusu dörd saata məhv edirBöyük Britaniyalı alimlər koronavirusun qarşısının alınması üçün misdən istifadə edilməsini tövsiyə ediblər.

Bu barədə “HaberGlobal” məlumat yayır.

Qapı tutacaqlarının, məhəccərlərin, alış-veriş arabalarının mislə üzlənməsi virusun yayılmasının qarşısını ala bilər. Çünki koronavirus mis üzərində dörd saatdan sonra ölür.

Koronavirus mis ilə təmasda olduqda, metaldakı ionlar virusu qoruyan lipid membranına hücumla onun DNT-sini tamamilə məhv edir.

Bu məqsədlə Polşada avtobuslara mis tutacaqlar qoyulur, Çili və Braziliyada qaçqın düşərgələri mislə örtülür. ABŞ-da isə bakteriya və digər yoluxucu mikroblarla dolu idman salonlarının mislə üzlənilməsi bildirilir.

Conflict.az