Bu, ölümlə həyat arasında mücadilədir

Gündəm / Səhiyyə

50

Bu, ölümlə həyat arasında mücadilədir
Azərbaycan Televiziyası yenidən koronaviruslu xəstələrin müalicə aldığı xəstəxanadan reportaj hazırlayıb.

Reportajda vəziyyətin ciddiliyi yoluxmuş şəxslərin öz dilindən təqdim edilib.

Xəstələrdən biri yaşadıqlarını belə dilə gətirib:

“Heç kimə bura düşməyi arzulamıram. Ona görə özünüzü qoruyun. Dillə deyiləsi şey deyil. Çox çətindir. Bu, ölümlə həyat arasında mücadilədir”.

Reportajda koronavirusun insan orqanizminə necə təsir etməsi, onu sıradan çıxarması haqqında da ətraflı məlumat verilib.

Conflict.az