400-dən çox jurnalist koronaya yoluxdu

Gündəm / Dünya

50

400-dən çox jurnalist koronaya yoluxdu
Rusiyada 400-dən çox jurnalist koronavirus infeksiyasına yoluxub.

Bu barədə Rusiya Jurnalistlər İttifaqının sədri Vladimir Solovyov bildirib.

Onun sözlərinə görə, beş KİV əməkdaşı pandemiyanın qurbanı olub, bir çox jurnalist isə xəstəliyi yüngül formada keçirib.

Vladimir Solovyov qeyd edib ki, indiyədək dünyada 60-dan çox mətbuat nümayəndəsi COVİD-19 xəstəliyindən vəfat edib.

Conflict.az