İş adamının maşını gülləbaran edildi

Gündəm / Hadisə

133

İş adamının maşını gülləbaran edildi
Rusiyanın federal “Qafqaz” avtoyolunun İnquşetiya Respublikasından keçən hissəsində naməlum şəxslər iş adamının “Chevrolet” markalı avtomobilini gülləbaran ediblər.

Xarici mətbuat xəbər verir ki, Rusiyanın REN TV bununla bağlı kadrları yayımlayıb.

Məlumata görə, şübhəlilər sonra hadisə yerindən qaçıblar.

Güllə yaraları almış 41 yaşlı sürücü hadisə yerində həyatını itirib.

İlkin məlumatlara görə, baş verənlərə səbəb şəxsi fikir ayrılıqları ola bilər.

Conflict.az