Polislər diz çökərək dəstək verdilər

Gündəm / Dünya

66

Polislər diz çökərək dəstək verdilər
ABŞ-da qaradərili vətəndaşın polis tərəfindən öldürülməsindən sonra başlayan etiraz aksiyalarına polislər də qoşulub.

George Floydun boğularaq öldürülməsindən sonra irqçilik və polis şiddətinə qarşı başlayan etirazların ölkənin hər tərəfinə yayılması ilə polislər də etirazlara biganə qalmayıb.

Sosial mediada paylaşılan bir çox görüntüdə polisin sözügedən şəxsin çiyninə dizi ilə basaraq öldürdüyü üçün etirazçıların da dizlərini yerə qoyduğu və polislərin də onlara qoşulduğu görülüb.

Conflict.az