Rusiyadan Yaxın Şərq həmləsi

Gündəm / Dünya

81

Rusiyadan Yaxın Şərq həmləsi
Aralıq dənizində mövqelərini gücləndirmək istəyən Rusiya Suriyadakı hərbi bazalarını genişləndirmək üçün hərəkətə keçib.

Dəməşq rejimindən yeni torpaqlar tələb edən Rusiya Prezidenti Vladimir Putin Müdafiə və Xarici İşlər nazirlərinə təlimatlar verib.

Rusiyanın bundan başqa Liviyadakı qiyamçı general Xəlifə Haftar üçün qanunsuz pul çap etdiyi ortaya çıxıb.

26 mayda Malta vasitəsilə Liviyaya girmək istəyən gəmidən Rusiya çap mərkəzi tərəfindən Haftar üçün çap edilmiş 1,1 milyard dollar dəyərində Liviya dinarı ələ keçirilib. Bununla da Rusiyanın Liviya böhranına sadəcə silah və təyyarələrlə deyil, valyuta ilə də müdaxilə etdiyi bəlli olub. Maltadakı əməliyyatla bağlı özəl açıqlama yaymayan ABŞ Dövlət Departamenti ölkənin BMT və digər müttəfiq ölkələrlə birgə Liviya üçün hərəkətə keçəcəyini bildirib.

Qeyd edək ki, Rusiya Tobrukdakı separatçı Nümayəndələr Palatası üçün pul çap etdiyini gizlətmir. 4 ildə Tobruk üçün 9,5 milyard dollar göndərdiyi rəsmi qeydiyyatda mövcuddur.

Conflict.az