Kravçukdan sensasion çağırış

Gündəm / Dünya

104

Kravçukdan sensasion çağırış
Ukraynanın ilk prezidenti Leonid Kravçuk Qərb dövlətlərinə müraciət edərək, Rusiyanı təcrid etməyə çağırıb.

Qonşu ölkələrə təhdid mənbəyi olan Rusiya üçün ən yaxşı variant onun dünyadan təcrid edilməsidir.

Kravçuk davranışlarını dəyişdirmək üçün Rusiyanın tam diplomatik, siyasi, maliyyə və iqtisadi cəhətdən təcrid edilməsinin lazım olduğunu deyib.

Onun sözlərinə görə, Qərb ölkələrinin Rusiyaya qarşı quracağı koalisiya Kremlin təcavüzkar fəaliyyətinin dayandırılmasına səbəb olacaq. Bununla yanaşı, Ukraynanın birinci prezidenti Rusiyaya hərbi müdaxilənin yolverilməz olduğunu qeyd edib.

Conflict.az