Sizin reklam burada
Sizin reklam burada

Məscidlər təcili bağlandı

Məscidlər təcili bağlandı
Almaniyada 2 800 məscid bir təhdid mesajı səbəbindən bağlanılıb. İçəridəki insanların bəziləri namazdan əvvəl, bəziləri də namazdan sonra məscidlərdən çıxarılıb.

Almaniya hüquq-mühafizə orqanları mesajın yayımlanmasından sonra məscidlərin yerləşdiyi ərazilərdə təhlükəsizlik tədbirlərini gücləndirib.

Hücum təhdidinin hansı məscid üçün edilməsi barədə açıqlama verilməyib. Bunu edənlərin kimliyi də məlum deyil.

Məscidlərin bu gün axşam saatlarında yenidən açılacağı bildirilib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş