Jurnalistin anası koronavirusdan vəfat etdi

Gündəm / Hadisə

186

Jurnalistin anası koronavirusdan vəfat etdi
Koronavirusa yoluxan jurnalist Anar Cəfərsoyun anası Zöhrə Cəfərova vəfat edib.

Bu barədə jurnalistin yaxınları məlumat verib.

Bildirilib ki, Zöhrə Cəfərova dünən axşam saat 21 radələrində Mərkəzi Neftçilər Xəstəxanasında dünyasını dəyişib. Onun 69 yaşı vardı. Mərhum Ağdamda dəfn ediləcək:

"Bizə toplaşmağa icazə verilmir. Övladları Zöhrə Cəfərovanı dəfn etmək üçün hazırda Ağdamdadırlar. Zöhrə Cəfərova böyrək çatışmazlığından da əziyyət çəkirdi. Koronavirusa yoluxması onun səhhətini daha da ağırlaşdırdı. Xəstəlik müalicəyə tabe olmadı. Xəstə vaxtı onu süni tənəffüs aparatına da qoşmuşdular".

Qeyd edək ki, Zöhrə Cəfərova Bakı Tikiş Evində çalışan zaman koronavirusa yoluxub. Onun oğlu Anar Cəfərsoy hazırda koronavirusdan xəstəxanada müalicə alır. (Sputnik)

Conflict.az