Ciddi böhran...

Gündəm / İqtisadiyyat

107

Ciddi böhran...
Karantin rejimindən imtina etməsinə baxmayaraq, İsveç genişmiqyaslı iqtisadi böhran keçirir.

Bu barədə məlumatı "Blumberq" yayıb. Məlumata görə, ölkədə işsizlik səviyyəsi 8.2 faizə yüksəlib və bu, proqnozlardan yüksək olub.

Agentlik qeyd edib ki, bu göstərici xidmət sektorunda tələbatın azalacağı təqdirdə 17 faizə yüksələ bilər.

Bundan başqa, işçilərin işdən çıxarılması prosedurunun sadələşdiriləcəyi də qeyd edilir. Bu isə ölkədə ciddi narazılıq yaradıb.

Qeyd edək ki, İsveçdə koronavirusa yoluxanların sayı 34 min, virusdan ölənlərin sayı isə 4 mindən çoxdur. Buna baxmayaraq, İsveç karantin rejimini tətbiq etməkdən imtina edib.

Conflict.az