Rusiya mülki şəxslərə nəzarət edəcək

Gündəm / Siyasət

78

Rusiya mülki şəxslərə nəzarət edəcək
Rusiyanın hərbi polis qüvvələri Eyn-İsa və Tel Tamer yaşayış məntəqələri arasındakı M4 magistralının 160 kilometrlik hissəsində mülki vətəndaşların avtomobillərini müşayiət edir.

Bu barədə Rusiyanın Suriyadakı Tərəfləri Barışdırma Mərkəzi məlumat yayıb. Bildirilib ki, nəqliyyatın planlaşdırıldığı ərazilərin monitorinqi pilotsuz uçuş aparatları tərəfindən həyata keçirilir.

Açıqlamada hər iki istiqamətdə yaşayış məntəqələri arasında mülki nəqliyyat vasitələrinin hər gün müşayiət ediləcəyi də qeyd edilib.

Conflict.az