Çinin 33 təşkilatı "qara siyahı"ya salındı

Gündəm / Dünya

78

Çinin 33 təşkilatı "qara siyahı"ya salındı
ABŞ Ticarət Nazirliyi Çinin 33 təşkilatını "qara siyahı"ya əlavə edib.

Bu barədə Nazirliyin press-relizində deyilir.

Bildirilir ki, 24 hökumət və kommersiya təşkilatı ABŞ-ın milli təhlükəsizlik və xarici siyasətinin maraqlarına zidd fəaliyyətə görə "qara siyahı"ya əlavə edilir.

Qeyd edilir ki, daha 7 təşkilat "Sintszyan-Uyğur Muxtar Rayonunda insan hüquqlarının pozulması ilə əlaqələri olduğuna görə" "qara siyahı"ya daxil ediliblər.

Digər 2 təşkilatın "qara siyahı"ya əlavə edilməsinin səbəbi barədə məlumat verilmir.

Conflict.az