Sizin reklam burada
Sizin reklam burada

Yeni muxtar respublika yaradılır

Yeni muxtar respublika yaradılır
Rusiyada Arxangelsk vilayəti ilə Nenetsk muxtar dairəsinin birləşdirilməsi və yeni inzibati ərazi vahidinin Nenetsk Muxtar Respublikası adlandırılması təklif olunur.

Bununla bağlı Mərkəzi İşçi Qrupu yaradılıb. Qrupa Nenetsk Muxtar Dairəsi Deputatlar Şurasının sədr müavini Matvey Çuprov rəhbərlik edir. Bugünlərdə Çuprov deyib ki, Rusiyanın Komi Respublikası da yeni ərazi inzibati vahidinə daxil edilməlidir.

Komi Respublikasının rəhbəri vəzifəsinin səlahiyyətlərini icra edən Vladimir Uyba Matvey Çuprovun bəyanatını sərt qarşılayıb. Qəzəbli bir video müraciət paylaşan Uyba bildirib ki, ondan xəbərsiz müzakirələr aparılır. Uyba bunun yolverilməz olduğunu vurğulayıb. Vladimir Uyba Kominin yeni muxtar respublikaya birləşdirilməsinin mümkün olmayacağını bəyan edib:

"Birbaşa demək istəyirəm ki, mən belə danışıqlıqlar aparılmasının qəti əleyhinəyəm, heç vaxt bu işə razılıq verməyəcəm. Bu əslində düşünülməmiş bir addımdır. Bu məsələni yuxarılarla deyil, aşağılarla həll etməyə gərək var. Sadə təbəqənin, xalqın istəyi də nəzərə alınmalıdır. Düşünməyin ki, artıq bu məsələni həll etmisiniz. Xeyr! Bu hamı üçün böyük yanlışa çevrilə bilər".

Matvey Çuprov isə deyib ki, onlar mayın 19-da iclas keçirib birləşməyi qərar alıblar (Vladimir Uyba həmin iclasa dəvət olunmayıb). Çuprov bildirib ki, artıq memorandum imzalanıb, məsələ bitib.
Vladimir Uyba isə həmin qərara müqavimət göstərəcəyini gizlətmir.

Kremldə hələ ki, susmağa üstünlük verirlər.

Conflict.az

  • Sosial şəbəkədə paylaş