Rus döyüş təyyarələri ilə bağlı araşdırma başladı

Gündəm / Dünya

50

Rus döyüş təyyarələri ilə bağlı araşdırma başladı
Birləşmiş Millətlər Təşkilatının (BMT) mütəxəssisləri Liviyada marşal Xəlifə Haftara Rusiya istehsalı olan 8 döyüş təyyarəsinin verilməsi ilə bağlı araşdırma başladıb.

“Anadolu” xəbər agentliyinin verdiyi məlumata görə, bu barədə İngiltərənin “Financial Times” qəzeti yazıb.

Liviyalı mütəxəssis Volfram Laçerin fikirləri əks olunan məqalədə bildirilib ki, Xəlifə Haftar və milisinin ilk işi Türkiyə qüvvələrinə mane olmaq üçün Vatiyyə hərbi bazasını vurmaq olacaq.

V.Laçer Haftar qüvvələrinin Liviyanın paytaxtı Tripolidəki və Misirdəki havadan müdafiə sistemini hədəf aldığını da qeyd edib.

O bildirib ki, Liviyaya Suriyadan gətirilən təyyarələr Türkiyə ilə Rusiya arasında qarşıdurma ehtimalını artırır: “Bu, Türkiyə ilə Rusiya arasında hava qüvvələri üstünlüyünü saxlamaq üçün bir yarışa dönəcək”.

Qeyd edək ki, bu gün Türkiyə XİN Xəlifə Haftar və milislərinin Türkiyə qüvvələrinin mövqelərinə havadan hücum edəcəyi barədə xarici mediada yayılan xəbərlərə münasibət bildirərək bəyan edib ki, Liviyada Türkiyə qüvvələri hədəfə alınsa, bunun çox ağır nəticələri olacaq.

Xatırladaq ki, keçən ay BMT general Haftarın qurduğu hakimiyyəti tanımadığını açıqlayaraq, Liviyada vəziyyətin nizamlanmasına dair siyasi sazişi dəstəklədiyini bildirmişdi.

Conflict.az