Sizin reklam burada
Sizin reklam burada

Milyarderin özəl təyyarəsi görənləri heyrətə gətirir

Milyarderin özəl təyyarəsi görənləri heyrətə gətirir
Rusiyalı oliqarx Roman Abramoviçin özəl təyyarəsinin interyeri görənləri heyrətə gətirir.

Fotoları “Daily Mail” paylaşıb.

Milyarderin özəl təyyarəsi görənləri heyrətə gətirir
Məlumata görə, “Millhouse” investisiya kompaniyasının və “Çelsi” futbol klubunun rəhbərinin ümumi dəyəri 400 milyon funt sterlinq (təxminən 832 milyon 986 min AZN - red.) olan üç təyyarəsi var: “Boeing 737-700”, “Boeing 767-300” və “Boeing 767-33A ER”.

“Boeing 767-33A ER” oliqarxın ən sevimli təyyarəsidir. Onun hətta ləqəbi də var: “Bandit”.

Təyyarə dünyanın ən lüks özəl laynerlərindən biridir. Göyərtədə nəhəng çarpayısı olan yataq otağı, mətbəx, ofis və 30 nəfərlik banket zalı var. İnteryerin dizaynı üçün bahalı ağac növlərindən, parçalardan və qiymətli metallardan istifadə olunub.

Bundan başqa, hava gəmisində ABŞ Prezidenti Donald Trampın təyyarəsindəki kimi təhlükəsizlik sistemi quraşdırılıb. Bu, R.Abramoviçə 1,5 milyon funt sterlinqə (təxminən 3,1 milyon manat - red.) başa gəlib, təyyarənin ümumi dəyəri isə 250 milyon funt sterlinqdir (520 milyon 616 min AZN - red.).

Qeyd edək ki, Roman Abramoviç Böyük Britaniyanın ən zəngin 20 sakini siyahısında 12-ci yerdədir. Onun varidatı 10,16 milyard funt sterlinq (21 milyard manat- red.) həcmində qiymətləndirilir.

  • Sosial şəbəkədə paylaş