Səudiyyə-Rusiya neft savaşı yenidən başlayacaq

Gündəm / Siyasət

101

Səudiyyə-Rusiya neft savaşı yenidən başlayacaq
Səudiyyə Ərəbistanı və Rusiya arasında OPEK+ çərçivəsində əldə olunmuş hasilatın ixtisarı barədə razılaşma qiymət müharibəsində kiçik atəşkəs ola bilər.

Bu iddia ilə “S&P Global Ratings” çıxış edib.

Şirkət neft qiymətləri normallaşan kimi Rusiyanın bazardan çıxarılması üçün Ər-Riyadın ikirəqəmli endirim praktikasına yenidən qayıda biləcəyini iddia edib.

“Bu müharibədə fasilə götürülüb. Hər iki oyunçuya hazırkı situasiyada qiymət savaşını davam etdirmək sərfəli deyil”, – deyə “S&P Global Ratings”in Rusiyadakı nümayəndəsi Aleksandr Qryaznov bildirib.

Onun sözlərinə görə, neft qiymətləri 50-55 dollara qayıtdıqdan sonra 2021-ci ildə bazarlar uğrunda savaş yeniləcək.

Conflict.az