Sizin reklam burada
Sizin reklam burada

164 ticarət müəssisəsində nöqsanlar aşkarlandı

164 ticarət müəssisəsində nöqsanlar aşkarlandı
Qida Təhlükəsizliyi Agentliyinə istehlakçılardan daxil olan müraciətlərə əsasən müəyyən olunub ki, nəzarət tədbirlərinin yumşaldılması hallarından bir sıra sahibkarlar sui-istifadə etməklə müxtəlif pozuntulara yol veriblər.

AQTA-dan verilən məlumata görə, aparılan araşdırmalar zamanı respublikanın müxtəlif regionlarında fəaliyyət göstərən 416 ticarət müəssisəsində monitorinqlər keçirilib, onlardan 164-də müraciətlərdə qeyd olunan nöqsanlar öz təsdiqini tapıb.

Monitorinq nəticəsində yararlılıq müddəti ötmüş ümumi çəkisi 764,866 kq olan ət, süd, unlu və qənnadı məmulatları, konservlər və s., eləcə də, 435,02 litr olan spirtli və spirtsiz içkilər və müxtəlif çeşidli şirələr satışdan çıxarılaraq məhv edilib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş