Rusiyada korona şoku - 300 mini ötdü...

Gündəm / Səhiyyə

100

Rusiyada korona şoku - 300 mini ötdü...
Rusiyada son bir sutka ərzində 8764 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub. Bununla da yoluxanların ümumi sayı 308 705 nəfərə çatıb.

Bu barədə Rusiyada fəaliyyət göstərən koronavirusla mübarizə üzrə operativ qərargah məlumat yayıb.

“Rusiya Federasiyasında son bir sutka ərzində 84 regionda koronavirus infeksiyasına 8764 yoluxma hadisəsi təsdiqlənib”, – deyə qərargahın məlumatında bildirilir.

Qeyd olunur ki, son bir sutkada koronavirusdan 135 nəfər dünyasını dəyişib. Vəfat edənlərin ümumi sayı isə 2972-dir.

Conflict.az