Sizin reklam burada
Sizin reklam burada

“Saxta peyğəmbər” koronavirusdan öldü

“Saxta peyğəmbər” koronavirusdan öldü
Kamerunda “saxta peyğəmbər” keşişin koronavirusdan ölməsi iddiası gərginliyə səbəb olub.

Bununla bağlı Haberler.com məlumat yayıb.

Kamerunda 2018-ci ildə prezident seçkilərində namizəd olan və özünü peyğəmbər kimi təqdim edən keşiş Franklin Ndifor Afanvinin koronavirusdan həyatını itirməsi iddiasından sonra tərəfdarları evinin önünə toplaşıb.

Polis izdihamı dağıtmağa çalışarkən gərginlik yaranıb.

Yerli medianın yazdığına görə, keşişin sevənləri polisin və həkimlərin onun evinə daxil olmasına icazə verməyiblər.

Ailəsi də keşişin ölümü ilə bağlı xəbərləri rədd edir.

Sosial mediada paylaşılan videodan aydın olur ki, tərəfdarları onun evinin önünə toplaşaraq ayin keçiriblər və zorla evə daxil olmağa çalışıblar.

Conflict.az

  • Sosial şəbəkədə paylaş