Sizin reklam burada
Sizin reklam burada

Paşinyan brilyant biznesinə başladı

Paşinyan brilyant biznesinə başladı
Ermənistana Hindistandan qanunsuz brilyant gətirilir, onlar iki-üç məşhur zavoda verilir və burada erməni brilyantına çevrilir.

Bunu Ermənistanın Vatikandakı keçmiş səfiri, Serj Sərkisyanın kürəkəni Mikayıl Minasyan deyib. O, bunun sayəsində sonradan brilyantların xaricə heç bir gömrük rüsumu ödənilmədən tədarük edildiyini bildirib:

“2020-ci ilin ilk rübündə Ermənistandan 20 milyard rubl dəyərində brilyant ixrac edilib. Belə miqdarda brilyantı hazırlamaq üçün 1400 mütəxəssis lazımdır, amma Ermənistanda bu tip mütəxəssislərin sayı cəmi 400-dür. Digər tərəfdən, bu qədər brilyant üçün böyük müəssisələr, böyük miqdarda elektrik enerjisi, vergi və s. lazımdır. Bütün bu sistemə Paşinyan ailəsi nəzarət edir. Xarici tərəfdaşlar artıq sual verməyə başlayıblar ki, Ermənistanda bu qədər brilyant haradandır, qısa müddət ərzində belə sistem necə hazırlanıb?”

Conflict.az

  • Sosial şəbəkədə paylaş